
“Hizbullah”ın silahlı birləşmələri Livanda yenidən silahlanmağa çalışır".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasındakı çıxışı zamanı deyib.
Baş nazir vurğulayıb ki, İsrail “özünümüdafiə hüququndan istifadə edəcək” və Livan ərazisindən gələn yeni təhdidlərə göz yummayacaq: ““Hizbullah” son günlərdə də zərbələrə məruz qalır, lakin eyni zamanda yenidən silahlanmağa və güc toplamağa çalışır. Biz gözləyirik ki, Livan hökuməti öz vədlərinə əməl edərək “Hizbullah”ı tərksilah etsin. Əks halda, İsrail atəşkəs razılaşmasının şərtlərinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edəcək. Livanın yeni cəbhəyə çevrilməsinə imkan verməyəcəyik.”