
"Ermənistan silah və hərbi texnika satın almağa davam edəcək, lakin o, avqustun 8-də Vaşinqtonda Azərbaycanla imzaladığı Bəyannaməni nəzərə almaya bilməz".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.
Bununla da nazir, görünür, ölkənin hərbi-texniki siyasətinin yenidən nəzərdən keçiriləcəyinə işarə edib.
Onun sözlərinə görə, İrəvan və Bakı arasında ABŞ-da əldə olunmuş razılaşmalar mühüm məqamdır və bunların öz nəticələri olacaq.