Azərbaycan Prezidenti Gürcüstanın Baş nazirinə başsağlı verdi
II İLİYANIN VƏFATI İLƏ BAĞLI

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb.

 

Senzor.az bildirir ki, başsağlığında deyilir:

 

"Hörmətli cənab Baş nazir.

 

Bütün Gürcüstanın Katalikos-Patriarxı, zəmanəmizin görkəmli din xadimi II İliya həzrətlərinin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

 

II İliya həzrətləri bütün həyat və fəaliyyətini xalqına və bəşəriyyət naminə nəcib amallara həsr etmişdir. Qafqazda sülhün, əmin-amanlığın, insanlar arasında həmrəyliyin, dinlərarası anlaşma və dialoqun bərqərar olması yolunda fəaliyyəti ilə II İliya həzrətləri milli və dini mənsubiyyətindən asılı olmayaraq milyonlarla insanın qəlbində yer tapmış, dərin ehtiram və rəğbət qazanmışdır.

 

Azərbaycan ilə Gürcüstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində II İliya həzrətlərinin böyük xidmətləri olmuşdur.

 

Bu ağır itkinin kədərini bölüşür, Sizə, bütün Gürcüstan xalqına, Gürcüstan Pravoslav Kilsəsinə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

 

Xatırladaq ki, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 17-də 93 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.