İran Təl-Əvivdəki Ben-Qurion hava limanının hərbi infrastrukturunu vurdu
VİDEO

İran İsrailin Təl-Əviv şəhərində yerləşən Ben-Qurion beynəlxalq hava limanındakı hərbi infrastrukturu və yanacaq çənlərini pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hədəf alıb.

 

Məlumatı İranın rəsmi "Fars" xəbər agentliyi ölkənin ordu mətbuat xidmətinə istinadən yayıb.

 

Məlumata görə, hücum bu gün səhər saatlarında həyata keçirilib. İran ordusunun bəyanatında qeyd olunur ki, zərbələr nəticəsində hava limanındakı yanacaq rezervuarları və İsrail qırıcılarının yanacaqdoldurma məntəqələri hədəfə alınıb: "Bu gün səhər saatlarında İran İslam Respublikasının pilotsuz uçuş aparatları Ben-Qurion hava limanındakı hərbi infrastruktura, yanacaq çənlərinə və düşmən qırıcılarının yanacaqdoldurma məntəqələrinə zərbələr endirib".

 

Hücumun nəticəsində yaranan dağıntıların miqyası və ya İsrail tərəfinin hava hücumundan müdafiə sistemlərinin reaksiyası barədə hələlik İsrail rəsmiləri tərəfindən geniş açıqlama verilməyib.

 

Xatırladaq ki, həmin aeroporta bundan əvvəl də zərbələr endirilib…







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.