
Rusiya silahlı qüvvələri Qara dəniz əməliyyat zonasında və Nikolayev limanında Ukrayna ordusu üçün təchizat daşıyan yeddi quru yük gəmisinə "Geran" dronları vasitəsilə zərbələr endirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Ukrayna limanlarına və onun silahlı qüvvələrinin maraqlarına xidmət edən dəniz vasitələrinə davamlı olaraq hücumların olunması rəsmi Kiyevin hərbi texnika və silah daşımaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.