
Ermənistanın Baş naziri Nikol Paşinyanla Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
Senzor.az Ermənistan mediasına istinadən bildirir ki, Tokayev Paşinyanı yenidən Ermənistanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Öz növbəsində, Ermənistanın Baş naziri Qazaxıstan Prezidentinə avqustun 23-də Qurultaya keçiriləcək seçkilərdə uğurlar arzulayıb, onun həyata keçirdiyi daxili və xarici siyasətin strateji əhəmiyyətini və ardıcıllığını vurğulayıb.
N.Paşinyan və K.Tokayev həmçinin Ermənistan-Qazaxıstan münasibətlərinin gündəliyinə dair bir sıra məsələləri müzakirə edib, eləcə də əməkdaşlığın gələcək inkişaf perspektivlərinə toxunublar.
Söhbət zamanı Paşinyan Tokayevi İrəvana səfərə dəvət edib.