Rusiya Kiyevə növbəti raket zərbələri endirib: Yenə ölənlər, yaralananlar və dağıntılar var
VİDEO

Avqustun 5-i gecə saatlarında Rusiya silahlı qüvvələri paytaxt Kiyevə və Kiyev vilayətinə kütləvi raket zərbələri endirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DFHX) və Kiyev Vilayət Hərbi Administrasiyasından məlumat veriblər.

 

"Brovarı rayonuna edilən hücumlar nəticəsində Brovarı şəhəri, Velikaya Dimerka qəsəbəsi, Kvitneve və Pobeda kəndlərindəki anbar binalarında güclü yanğınlar qeydə alınıb. Fastov rayonunda yerləşən müəssisələrdən birində nəqliyyat vasitələrində başlayan yanğının qarşısı alınıb. Buça rayonunun Çayki kəndindəki anbarda çıxan yanğının söndürülməsi istiqamətində işlər aparılır. Sofiyevskaya Borşaqovka kəndində isə logistika mərkəzinin ərazisindəki alovun qarşısı alınıb", - deyə məlumatda qeyd olunub.

 

Dövlət xidmətindən bildirilib ki, gecə saatlarında Obolon, Svyatoşin, Qoloseyev və Desnyan rayonları da hücumlara məruz qalıb.

 

"Başqa bir ünvanda sənaye müəssisəsinin ərazisində kiçik miqdarda ammonyak sızıntısı baş verib. Xilasedicilər klapanları bağlayaraq axının qarşısını alıblar. Xoşbəxtlikdən sakinlər üçün heç bir təhlükə yoxdur", - deyə qurumdan bildirilib.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.