
Ukrayna Prezidenti Volodimir Zelenski bu il Qərb tərəfdaşlarının hava hücumundan müdafiə sistemləri üçün göndərdiyi raketlərin sayını üç dəfə azaltdığını deyib.
Senzor.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə o, "Telegram" kanalında bildirib.
V. Zelenski qeyd edib ki, 2025-ci illə müqayisədə 2026-cı ilin ilk altı ayında Ukraynaya kəskin şəkildə az raket verilib: "Bu raket qıtlığı təkcə yayda deyil, ilin bütün birinci yarısında yaşanıb".