
Moskva və İrəvan Qafanda Rusiya Baş Konsulluğunun, Vladiqafqazda isə Ermənistan konsulluğunun açılmasını müzakirə edirlər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Baqir Mamıyev deyib.
“Bu günə olan vəziyyətə görə, Vladiqafqazda Ermənistan konsulluğunun, eləcə də Qafanda Rusiya Baş Konsulluğunun açılması məsələləri ikitərəfli gündəlikdən çıxarılmayıb. Amma konkret vaxt çərçivəsi barədə danışmaq hələ tezdir”, - o bildirib.