Tramp varisinin adını açıqladı: 2028-ci İLDƏ VENSİN PREZİDENT SEÇİLMƏSİNƏ NAİL OLMALIYIQ
VİDEO

ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, Vitse-prezident Cey. Di. Vensin 2028-ci il prezident seçkilərində qalib gəlməsini istəyir.

 

“The Washington Post” qəzetinin bu gün verdiyi məlumata görə, Tramp bu istəyini təxminən iki həftə əvvəl Oval Ofisdə donorlarla görüşündə ifadə edib.

 

Məlumata görə, bu şərh Trampın son bir ildəki ictimai mövqeyindən fərqlənir. O, əvvəllər Vens ilə Dövlət katibi Marko Rubio arasında rəqabəti təşviq edib, hər ikisini tərifləyib, birlikdə namizəd ola biləcəklərini bildirib və üstünlük verilən varisin adını çəkmək istəməyib.

 

Ağ Evin müşavirlərindən biri görüşdən sonra qeyd edib ki, Prezident Vensin özündən sonra Respublikaçılar partiyasına rəhbərlik etməsi qərarına gəlib, lakin onun namizədliyini nə vaxt elan edəcəyi və ya açıq şəkildə dəstəkləyəcəyini müəyyən etmək hələ tezdir.

 

Lakin Trampın digər altı müttəfiqi və məsləhətçisi buna tam əmin deyil. Onlar qeyd ediblər ki, Prezident fərqli insanlara müxtəlif sözlər deyir və yenə də fikrini dəyişə bilər. Ağ Evin bir rəsmisi deyib: “Bunun qəti qərar olduğunu düşünən hər kəs sadəcə hadisələri çox qabaqlayır və ya Prezidenti yaxşı tanımır”.

 

Vens isə planlarını açıqlamayıb. Vitse-prezidentlə danışan insanlar onun hələ qərarsız olduğunu bildiriblər.

https://www.youtube.com/watch?v=JpAfdWUZgY4







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.