
Azərbaycanın “Qarabağ” komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə üz-üzə gəlib.
Senzor.az bildirir ki, Polşanın Lublin şəhərində “Lublin Arena”da oynanılan matç Kiyev təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 10-cu dəqiqədə Matvey Ponomarenko vurub.
Ağdam klubunun heyətində 88-ci dəqiqədə Cebrail Makreçkis qırmızı vərəqə ilə cəzalandırılıb.
Komandalar arasında cavab matçı avqustun 13-də Bakıda keçiriləcək.