
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında əməliyyat keçirib.
Bu barədə “Tasnim” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Hörmüz boğazının girişi yaxınlığında iki partlayış baş verib, bir sıra hədəflər zərərsizləşdirilib.
Mənbələr əlavə edib ki, hərbi əməliyyatın nəticələri barədə yaxın saatlarda əlavə məlumat veriləcək.