
Husilər Səudiyyə Ərəbistanının cənubundakı Nəcran bölgəsinə zərbə endiriblər.
“Arab News” xəbər verir ki, Birgə Qüvvələr Komandanlığının məlumatına görə, husilər tərəfindən yaşayış məntəqələrinə atılan mərmilər nəticəsində 7-si Səudiyyə Ərəbistanı vətəndaşı, 1-i yəmənli, 2-si misirli və 1-i Pakistan vətəndaşı olmaqla 11 mülki şəxs xəsarət alıb.
Nəcran istiqamətindəki hücumdan bir neçə saat əvvəl husilər Yəmənin Mərib və Hədrəməut əyalətlərində hökumət qüvvələrinin hərbi düşərgələrinə genişmiqyaslı raket və pilotsuz uçuş aparatları ilə zərbələr endiriblər.
Yerli mənbələrə istinadən bildirilir ki, həmin hücumlar nəticəsində azı 58 hökumət hərbçisi həlak olub, onlarla hərbçi yaralanıb. Bu, 2022-ci ildən bəri Yəmən hökumət qüvvələrinə qarşı həyata keçirilən ən ölümcül hücum hesab olunur.