İran ABŞ və İsrail gəmilərinin Hörmüz boğazından keçməsini qadağan edə bilər

İran parlamenti ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsini qadağan edən qanun layihəsini nəzərdən keçirir. 

 

“Tasnim” bildirir ki, bu barədə İran parlamentinin rəyasət heyətinin üzvü Əlirza Salimi açıqlama verib. 

 

“Hörmüz boğazının və Fars körfəzinin təhlükəsizliyinin təmin edilməsi və dayanıqlı inkişafına dair strateji tədbirlər haqqında” Qanun layihəsinin mətni hazırda Milli Təhlükəsizlik Komitəsində nəzərdən keçirilir”, - Səlimi deyib. 

 

Onun sözlərinə görə, qanun layihəsinə əsasən ABŞ, İsrail və düşmən hesab edilən digər dövlətlərə məxsus gəmilərin Hörmüz boğazından keçməsi qadağan ediləcək.

 

O qeyd edib ki, İrana zərər vuran ölkələr dəymiş ziyanı tam ödəyənə qədər Hörmüz boğazından və Fars körfəzindən keçmək üçün icazə ala bilməyəcəklər.

 

Xatırladaq ki, daha əvvəl İran və Omanın Hörmüz boğazından təhlükəsiz keçidi təmin edəcək yeni marşrutun coğrafi koordinatları ilə bağlı razılığa gəldikləri barədə xəbər yayılmışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.