Kobaxidze: 2008-ci ilin 8 avqust cinayəti Rusiya prezidentinin əmri ilə törədilib

“2008-ci il avqustun 8-də Rusiya ilə müharibənin başlanmasına görə Mixeil Saakaşvilinin qanlı rejimi məsuliyyət daşıyır. O zaman bu ölkənin “Ali Baş Komandanı” xain idi”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

 

“Qəhrəmanlarımız məhz ona görə həlak oldular ki, bizim “Ali Baş Komandan”ımız xain, xarici agent idi və xarici qüvvələrin tapşırıqları əsasında fəaliyyət göstərirdi. Reallıq budur.

 

Rusiyaya gəlincə, Rusiya Gürcüstan ərazilərinin 20 faizini işğal edib, Saakaşvilinin, onun rejiminin və “Milli Hərəkat”ın xəyanəti heç bir şəkildə bu cinayəti ört-basdır edə bilməz. Bu, dövlətimizə, ölkəmizə, xalqımıza və əsgərlərimizə qarşı törədilmiş cinayət idi. Əlbəttə, işğal cinayətdir. Bir daha təkrar edirəm: Saakaşvilinin və onun rejiminin xəyanəti heç bir halda işğalı ört-basdır edə bilməz. Çünki ərazilərimizin işğalını Rusiya Federasiyası həyata keçirib və bu, artıq baş vermiş faktdır. Əsas məsələ hər iki fakta lazımi qiymət verməyimizdir”, - o bildirib.

 

Kobaxidxze Gürcüstan ərazisinə hücum əmrini Rusiyanın o zamankı prezidenti Dmitri Medvedev tərəfindən verildiyini qeyd edib: “Rusiya-Gürcüstan müharibəsi avqustun 8-də başladı. Rusiya qoşunları həmin gün Rusiyanın o vaxtkı prezidentinin müvafiq əmrindən sonra daxil oldu. Avqustun 7-də baş verən isə Saakaşvili rejiminin Sxinvalini (Cənubi Osetiya) bombalaması idi. Ardınca o, münaqişənin məhz Saakaşvilinin qanlı rejimi tərəfindən Sxinvalinin bombalanmasından sonra genişmiqyaslı hərbi əməliyyatlar mərhələsinə keçdiyini göstərən sənədi imzaladı”.

 

Kobaxidze onu da bildirib ki, Haaqa və Strasburq məhkəmələrində Gürcüstan ordusu və gürcü hərbçiləri ilə bağlı mühüm məsələlər sübuta yetirilib: "Birincisi, Haaqa məhkəməsində sübut etdik ki, Gürcüstan ordusu və gürcü əsgəri müharibə cinayətləri törətməyib. İkincisi, Strasburq məhkəməsində gürcü əsgərinin insan hüquqlarını pozmadığını sübut etdik".

 

Onun sözlərinə görə, bu nəticələr Gürcüstanın milli maraqları baxımından prinsipial əhəmiyyət daşıyır.

 

Xatırladaq ki, bu gün 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin başlamasından 18 il ötür.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.