
Tatarıstan (Rusiya) avqustun 10-u səhər saatlarında pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Nijnekamsk rəhbəri Radmir Belyayev Teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, Nijnekamska kütləvi hücum davam edir. O qeyd edib ki, pilotsuz uçuş aparatları vasitəsilə həm sənaye, həm də mülki obyektlərə zərbələr endirilir.
"Təəssüf ki, ölənlər var", - R.Belyayev bildirib.
Bu arada Tatarıstan rəhbərinin mətbuat xidməti Nijnekamska PUA hücumu nəticəsində 12 nəfərin həlak olduğu, 39 nəfərin isə yaralandığı barədə məlumat yayıb.
Məlumatda o da bildirilir ki, respublika rəhbəri Rüstəm Minnixanovun qərarı ilə Tatarıstanda matəm elan edilib.