Pezeşkianla Xameneinin görüşü 7 saat çəkib - PREZİDENT BƏZİ DETALLARI AÇIQLADI

İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali rəhbəri Müctəba Xamenei ilə görüşlərinin yeddi saat çəkdiyini bildirib. 

 

“Teleqraf” xəbər verir ki, bu barədə o, İran dövlət televiziyasına verdiyi müsahibədə danışıb.

 

Pezeşkian qeyd edib ki, görüş zamanı ölkənin bütün məsələləri, o cümlədən əhalinin dolanışığı, bazardakı vəziyyət, məşğulluq, mənzil, sanksiyalar və müdafiə barədə müzakirə aparılıb.

 

“Bu söhbətdə Xameneinin ən böyük tövsiyəsi birlik və həmrəylik oldu”, - İran Prezidenti vurğulayıb.

 

Xatırladaq ki, Müctəba Xameneinin mart ayında İranın ali rəhbəri təyin edilməsindən sonra ictimaiyyət arasında görünməyib, heç bir audio və ya video mesajı yayımlamayıb. İndiyədək ona aid olduğu bildirilən mesajlar yalnız yazılı formada ictimaiyyətə təqdim olunub.

 

Müctəba Xameneinin ABŞ və İsrailin fevralın 28-də Tehrana hava hücumu zamanı ağır yaralandığı, bir ayağını itirdiyi, üzünün kəskin zədələndiyi bildirilir. Yeri gəlmişkən, onun atası və sələfi Əli Xamenei məhz həmin hücumda həlak olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.