
Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin qulluqçusu Qriqor Zakaryanın meyiti aşkar edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, meyitin üzərində güllə yarası var.
İnsidentin bütün təfərrüatını aydınlaşdırmaq məqsədilə hazırda istintaq tədbirləri həyata keçirilir.