
İraq Kürd Muxtariyyətinin Baş naziri Məsrur Bərzaninin Ərbil əyalətinin Pirmam rayonundakı ofisi və təhlükəsizlik xidməti rəhbərinin iqamətgahı İrandan buraxılan iki “Hadid 110” hücum dronu ilə vurulub.
Bu barədə “Rudaw” məlumat yayıb.
Tələfat və ya xəsarət alanlar barədə məlumat verilməyib.
Yerli hakimiyyət orqanları hücumu “tamamilə qəbuledilməz” adlandırıb. Qeyd edilib ki, hücumu həyata keçirənlər nəticələrinə görə məsuliyyət daşıyırlar.