
Əgər Oman İranla münaqişə çərçivəsində Hörmüz boğazında ABŞ-ın fəaliyyətinə mane olarsa, Vaşinqton bu ölkəyə zərbələr endirəcək.
ABŞ Prezidenti Donald Tramp bunu "Fox News"un jurnalisti Trey İnqsta müsahibəsində deyib.
"Əgər Oman yolumuza çıxarsa, biz onları bombalayacağıq", - ABŞ Prezidenti bildirib.
Tramp bu bəyanatı ABŞ və İran arasındakı atəşkəs razılaşmasının müddətinin başa çatması ərəfəsində verib.
Ötən həftə İran Hörmüz boğazının fəaliyyətinin bərpa edilməsi ilə bağlı Omanla danışıqlar apardığını bildirib.