Ukrayna Rusiyanın Dzerjinsk şəhərinə kütləvi dron hücumu həyata keçirib - VİDEO

Ukrayna pilotsuz uçuş aparatları avqustun 19-na keçən gecə Rusiyanın Nijni Novqorod vilayətindəki Dzerjinsk şəhərinə kütləvi hücum edib.

 

Bu barədə "RBK-Ukrayna" məlumat yayıb.

 

Məlumata görə, tüstülənmə mənbəyinin Sverdlov adına partlayıcı maddələr zavodunun ərazisində olması ehtimalı yüksəkdir. Hücumun nəticələri və xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.

 

Sverdlov adına zavod Dzerjinskdə ən böyük müəssisələrdən biridir və Rusiyanın hərbi-sənaye kompleksinə daxildir. Müəssisə partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşıb və 100 ildən çoxdur fəaliyyət göstərir.

 

Zavod Ukrayna, Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Yaponiya və İsveçrənin sanksiyaları altındadır.

 

Öz növbəsində, Başqırdıstanın rəhbəri Radiy Xabirov Ufadakı sənaye müəssisələrinin yenidən pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını bildirib.

 

"Ümumilikdə altı pilotsuz uçuş aparatından dördü vurulub. Onlardan biri sənaye zonasına düşüb, kiçik yanğın baş verib", - o, "Max" kanalında yazıb.

 

Region rəhbəri əlavə edib ki, daha bir PUA Zaton mikrorayonunda yaşayış binasına çırpılıb. İlkin məlumata görə, bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib(Bax:https://www.youtube.com/shorts/jL5F2FABQ_0).






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.