
Azərbaycan səfiri Əlimirzamin Əskərov etimadnaməsini Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təqdim edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Əlimirzamin Əskərov ötən ay Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.