
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
Senzor.az bildirir ki, Rusiyadan Ermənistana ümumi çəkisi 1 820 ton olan 26 vaqon buğda göndərilib.
Tədarük "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından həyata keçirilib.
Xatırladaq ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 43 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.