UEFA Konfrans Liqası: "Qarabağ" Niderlandda "Tvente"ni məğlub etdi
YENİLƏNİB, VİDEO/ FOTO


"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

 

Senzor.az bildirir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderlandda "Tvente"nin qonağı olub.

 

Ensxede şəhərindəki “Qrols Veste” stadionunda keçirilən matç Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Yeganə qolu 52-ci dəqiqədə Kadi Borges vurub.



Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


**11:25


Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində ilk oyuna çıxacaq.

 

Senzor.az bildirir ki, Ağdam klubu Niderlandın “Tvente” komandasının qonağı olacaq. 

 

Oyun Ensxede şəhərindəki “Qrols Veste” stadionunda Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

Matçı Albaniyadan olan baş hakim Yucin Caya idarə edəcək.

 

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 27-də Bakıda keçiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.