
Rusiya ordusu avqustun 20-nə keçən gecədən Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib, nəticədə 12 nəfər ölüb, 33 nəfər isə xəsarət alıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib.
O qeyd edib ki, avqustun 21-i Kiyevdə Matəm Günü elan edilib. Matəm Günü şəhərdəki bütün ictimai binalarda bayraqlar yarıya qədər endiriləcək. Bütün əyləncə tədbirləri qadağan edilib.
Hücumun nəticələrinin aradan qaldırılması işləri paytaxtın Solominski, Svyatoşin və Darnitski rayonlarında davam edir.
Qeyd edək ki, Kiyevə hava hücumları 9 saata yaxın davam edib.