
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Fransa Respublikasının Prezidenti Emmanuel Makron tərəfindən sentyabrın 9-10-da Parisdə keçiriləcək kosmik məsələlər üzrə birinci beynəlxalq sammitə dəvət olunub.
“Teleqraf” xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin Administrasiyası məlumat yayıb.
Sammitə Fransa və Almaniya həmsədrlik edəcək. Beynəlxalq tədbirin əsas mövzuları elm, tədqiqat, təhlükəsizlik və müdafiədir.