Türkiyə Netanyahunu beynəlxalq axtarışa verir
VİDEO

Türkiyə Ədliyyə Nazirliyi İsrail Baş naziri Benyamin Netanyahu barədə insanlığa qarşı cinayətlər və soyqırımı ittihamları ilə “İnterpol”un “qırmızı bülleteni” əsasında beynəlxalq axtarış elan edilməsi üçün Daxili İşlər və Xarici İşlər nazirliklərinə müraciət edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek açıqlama verib.

 

“2026-cı il iyulun 14-də Netanyahuya qarşı soyqırımı ittihamı ilə bağlı çıxarılmış həbs qərarlarına əsasən, Ədliyyə Nazirliyi Daxili İşlər Nazirliyinə beynəlxalq axtarış üzrə “qırmızı bülleten”lərin verilməsi barədə müraciət edib. Müvafiq sənədlər Xarici İşlər Nazirliyinə də göndərilib”, - nazir deyib.

 

Gürlek əlavə edib ki, Türkiyə milli və beynəlxalq hüquqa uyğun olaraq bütün mövcud hüquqi vasitələrdən qətiyyətlə istifadə edəcək.

 

Xatırladaq ki, İstanbulun 11-ci Ağır Cinayətlər Məhkəməsi iyul ayında “Sumud” humanitar donanması ilə bağlı iş çərçivəsində Benyamin Netanyahu və digər təqsirləndirilən şəxslərin həbsi barədə qərar verib. İsrail rəsmiləri insanlığa qarşı cinayətlər, soyqırımı, qanunsuz azadlıqdan məhrumetmə, qəddar davranışlar, qəsdən sağlamlığa xəsarət yetirmə, qarət və nəqliyyat vasitələrinin qanunsuz saxlanılması kimi əməllərdə ittiham olunurlar.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.