İran hərbi doktrinasını dəyişdi: MÜDAFİƏDƏN HÜCUMA KEÇİD

İran ordusu ölkənin hərbi doktrinasının müdafiə xarakterindən hücum xarakterinə keçdiyini bəyan edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya deyib.

 

Onun sözlərinə görə, bu dəyişiklik son müharibələr zamanı əldə edilən təcrübə əsasında tədricən formalaşıb. Əkrəminiya bildirib ki, yeni yanaşma mütləq şəkildə qabaqlayıcı hücumların həyata keçirilməsi demək deyil.

 

Generalın sözlərinə görə, yeni hərbi doktrinanın əsas elementlərindən biri İrana qarşı istənilən hücuma dərhal cavab verilməsi və cavabın ilkin hücumdan daha geniş miqyasda ola bilməsidir.

 

Əkrəminiya İranın əvvəlki müharibələr zamanı daha sürətli və genişmiqyaslı cavab tədbirləri həyata keçirməsinin yeni strategiyanın formalaşmasına təsir etdiyini deyib.

 

İran rəsmisinin açıqlaması ABŞ-la Tehran arasında gərginliyin və Hörmüz boğazı ətrafında qarşıdurmanın artdığı bir vaxtda səslənib. Xatırladaq ki, avqustun 21-də İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahi də Birləşmiş Ştatlar tərəfindən gələn yeni təhdidlərə “sarsıdıcı” cavab veriləcəyini bəyan etmişdi. O vurğulamışdı ki, Tehran quruda, dənizdə, havada, hava hücumundan müdafiə sahəsində və hətta kiberfəzada hərəkətə keçməyə tam hazırdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.