Çeçenistan rəhbərinin müşaviri Umar Daudov özünün Teleqram kanalında lideri Ramzan Kadırovla bağlı video yayıb.
Senzor.az bildirir ki, Umar Daudov Çeçenistan rəhbərinin Vladimir Solovyovla efirə Ukrayna istehsalı olan tapança ilə çıxdığını bəyan edib.
Ramzan Kadırov “Bu, ələ keçirilmiş Ukrayna silahıdır” deyib.
Çeçenistan Respublikasının rəhbəri ilə rusiyalı jurnalist arasında ünsiyyət mövzusu Ukraynada döyüşə getməyə hazır olduqlarını bildirən Çeçenistan könüllüləri olub.
Kadırov təəssüflə qeyd edib ki, Ukraynada “xüsusi əməliyyat” ləng gedir. Onun fikrincə, buna səbəb "Rusiya Silahlı Qüvvələrinin mülki şəxslərin həyatını xilas etmək istəməsidir".
Kadırov vurğulayıb ki, bu əməliyyata o, komandir təyin edilsəydi, Xarkov və Kiyev tez bir zamanda "ukraynalı nasistlərdən azad ediləcəkdi".
Yeri gəlmişkən, Solovyov Çeçenistan liderinin şounun studiyasına gəlməsini özü üçün “şərəf” adlandırıb.