
Tehran Hörmüz boğazından naviqasiyanı bərpası üçün ABŞ-a Qətər vasitəsilə yeddi günlük plan təqdim edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"İran Qətər vasitəsilə ABŞ-a yeddi günlük dəqiq plan təqdim edib. Lazımi şərtlər yerinə yetirilərsə, boğaz yenidən açılacaq və yeddi gün ərzində normal naviqasiya bərpa olunacaq. Seçim ABŞ-ındır", - deyə o vurğulayıb.
İranın planının yeddi günlük müddəti ABŞ tərəfindən qəbul edildikdən sonra başlayır. Əraqçi qeyd edib ki, yeddinci gün Tehran Vaşinqtonla danışıqlara başlamağa hazır olacaq.
O əlavə edib ki, planın tələbləri ABŞ ilə anlaşma memorandumunda göstərilən tələblərə bənzəyir.