Tramp Si Cinpinin ABŞ səfərinin başa çatmasından yazdı: “NÖVBƏTİ GÖRÜŞÜMÜZ NOYABRDA ÇİNDƏ OLACAQ”
VİDEO

Çin Sədri Si Cinpin və xanımı Pen Liyuan Vaşinqtona dövlət səfərini başa vuraraq Çinə yola düşüblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth” sosial mediasında yazıb.

 

“Prezident Si və xanım Penq indicə Vaşinqtonu tərk edərək Çinə yola düşüblər. Görüş Çin və ABŞ üçün dostluq, güc və uğur görüşü oldu”, - deyə Tramp bildirib.

 

ABŞ Prezidenti qeyd edib ki, Si Cinpinlə növbəti dəfə noyabrda Çində, daha sonra isə dekabrda Florida ştatının Mayami şəhərində keçiriləcək G20 sammitində görüşəcək. Noyabr görüşünün Çində keçiriləcək APEC sammiti çərçivəsində baş tutması gözlənilir.

 

“Çox şey əldə olunub və bundan sonra da əldə olunacaq. Növbəti görüşümüzü səbirsizliklə gözləyirəm”, - deyə Tramp yazıb.

 

Yeri gəlmişkən, Vaşinqtonda Trampa müraciəti zamanı Si Cinpin də səfərin “son dərəcə uğurlu” keçdiyini və həyat yoldaşı Pen Liyuanla birlikdə səfərdən çox məmnun qaldıqlarını bildirib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.