
Ermənistan yeni Ukraynaya çevrilə bilər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.
“Ermənistanın hazırkı rəhbərliyi ölkənin inkişaf trayektoriyasını dəyişməyi düzgün hesab etdi. Əminəm ki, bu da heç bir yaxşı nəticəyə gətirib çıxarmayacaq. Ermənistanın başına gələ biləcək ən pis şey onun yeni bir Ukraynaya çevrilməsidir”, - Medvedev bildirib.
Qeyd edək ki, Dmitri Medvedev müəyyən dövlətlərin hazırda Cənubi Qafqazda vəziyyəti qarışdırmağa çalışdıqlarını demişdi.