
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verən İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tugaya Ədalət və İnkişaf Partiyasının (AK Parti) nişanını təqdim edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, nişan partiyanın millət vəkillərinin toplantısında təqdim olunub.
Ərdoğan çıxışı zamanı ona AK Partidə uğurlar arzulayıb.
Xatırladaq ki, Cemil Tugay bu ilin yayında CHP-dən istefa etdiyini bildirmişdi.