
Rusiyanın paytaxtı Moskva növbəti dəfə kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Senzor.az bildirir ki, yerli “Telegram” kanalları raket hücumu təhlükəsi barədə də məlumat yayıblar.
Hücumlarla əlaqədar Moskvanın hava limanlarında “Xalça planı” tətbiq edilib, uçuşlara məhdudiyyətlər qoyulub.
Paytaxtın Tekstilşiki, Kuzminki, Lyublino, Maryino, Kapotnya, Brateyevo, Zyablikovo, Naqatinski Zaton və Tsaritsıno rayonlarında dron təhlükəsi elan olunduğu bildirilir.
Moskva meri Sergey Sobyaninin sözlərinə görə, son 24 saat ərzində paytaxta yaxınlaşan 195 pilotsuz uçuş aparatı vurulub.
Məhdudiyyətlər beynəlxalq uçuşlara da təsir göstərib. Belə ki, Türkiyədən Moskvaya uçan üç təyyarə Vnukovo hava limanında tətbiq edilən məhdudiyyətlər səbəbindən Polşa və Litvanın hava məkanından geri qayıtmalı olub.