Ukraynada Rusiyanın 4 generalı, 3 polkovniki öldürülüb - SİYAHI
Müharibə zamanı Ukrayna hərbçiləri tərəfindən Rusiya qoşunları ali komandanlığının azı 10 üzvü öldürülüb.
 
Senzor.az bildirir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi Rusiya ordusunun öldürülən general, polkovnik və polkovnik-leytenantlarının adlarını açıqlayıb.
 
Qeyd edilir ki, döyüşlərdə general-mayorlar - Maqomed Tuşayev, Vitali Gerasimov, Andrey Kolesnikov, Andrey Suxovetski, polkovniklər - Andrey Zaxarov, Sergey Poroxnyu, İqor Nikolayev, polkovnik-leytenantlar – Yuri Aqarkov, Dmitri Sofronov və Mixail Yermolin öldürülüblər.
 
Mərkəz onu da bildirib ki, təqdim edilən siyahı tam deyil.
 
Bu arada Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da məlumat yayıb. 
 
“2022-ci ilin martın 15-nə düşmənin Ukrayna ərazisindəki “əməliyyata” cəlb etdiyi bölmələrinin 40 faizi tam məhv edilib və ya döyüş qabiliyyətini itirib”, - qurumdan bildirilib.
 
Həmçinin qeyd olunub ki, Rusiya hərbi rəhbərliyi Rusiya Federasiyası ərazisindəki ali hərbi təhsil müəssisələrinin kursantlarının sonradan Ukraynaya qarşı hərbi əməliyyatlara cəlb olunması məqsədilə vaxtından əvvəl məzun edilməsi barədə qərar qəbul edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.