Azərbaycan “ADEX” sərgisində yeni PUA-ları nümayiş etdirir
FOTO

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və “Deftech” şirkəti tərəfindən yeni pilotsuz uçuş aparatları hazırlanıb.

 

Senzor.az bildirir ki, “Ovçu-G4”, “Turaz”, “Fatum” və “Tilt Rotor” pilotsuz uçuş aparatları 2022-ci il istehsalıdır.

 

"Tilt Rotor" pilotsuz uçuş aparatı uzunmənzillidir, bununla yanaşı, yük daşıma imkanı da var. "Tilt Rotor" istənilən səth üzərində uçuş-enişi yerinə yetirə bilər.

 

“Fatum” kəşfiyyat aparır, eyni zamanda, zərbə dronudur. Onun effektiv döyüş başlıqları 2 kq-dır. Effektiv istifadə radiusu 10-15 kq hesab edilir. Uçuş məsafəsi 10 km-dir.

 

“Turaz” isə kəşfiyyat xarakterli pilotsuz uçuş aparatıdır.  PUA üç kilometr yüksəklikdə kəşfiyyat əməliyytaları keçirə bilir, uçuş sürəti 110 kilometr/saat, uçuş müddəti 2-3 saat təşkil edir.

 

“Ovçu–G4” isə infraqırmızı kamera ilə birləşdirilmiş minaatan (82 mm) buraxılış qurğusu ilə təchiz edilib.  O, havadan minalarla zərbələr endirmək üçün nəzərdə tutulub. Aparat bir dəfəyə 7 kiloqram çəkidə dörd mina daşımaq iqtidarındadır. Həmçinin, PUA radiodalğaları qarşısına ala bilir ki, bu da onun düşmən tərəfindən müəyyən olunmasına maneə törədir. PUA-nın uçuş sürəti 70-80 kilometr/saat, uçuş məsafəsi 20 kilometr təşkil edir.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.