Böyük Britaniyanın Əmək və təqaüdlər üzrə keçmiş naziri Teriz Koffi Səhiyyə naziri və Baş nazir Liz Trassın müavini təyin edilib.
Senzor.az bildirir ki, bu barədə Böyük Britaniya Baş nazirinin mətbuat xidmətindən məlumat verilib.
"Parlamentin hörmətli üzvü Teriz Koffi Səhiyyə və sosial məsələlər naziri təyin edilib. O, həmçinin Baş nazirin müavini vəzifəsini də icra edəcək", - deyə mətbuat xidmətindən bildirilib.
O, bu vəzifədə Stiv Barklini əvəz edəcək.
Böyük Britaniya Xarici işlər nazirinin keçmiş müavini Ceyms Kleverli Xarici İşlər Nazirliyinin rəhbəri təyin edilib.
"Hörmətli parlament üzvü Ceyms Kleverli Xarici işlər, Birlik və İnkişaf üzrə nazir təyin edilib", - deyə mətbuat xidmətindən bildirilib. Bu vəzifədə C.Kleverli hazırda Baş nazir vəzifəsini tutan Liz Trassı əvəz edib.
Böyük Britaniyanın Biznes işləri üzrə keçmiş naziri Kvazi Kvartenq Maliyyə Nazirliyinin rəhbəri təyin edilib.
İngiltərə və Uelsin keçmiş Baş prokuroru Suella Braverman Daxili işlər naziri təyin edilib.
Müdafiə naziri vəzifəsində dəyişiklik edilməyib. Ben Uolles öz vəzifəsini qoruyub.