Ermənistanda uşaqlara Azərbaycan və türk dilləri öyrədilir

Ermənistanda yuxarı sinif şagirdlərinə fakultativ fənn kimi Azərbaycan və türk dilləri tədris olunur.

 

“Sputnik-Armeniya” bildirir ki, bunu təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan hökumətin iclasından sonra jurnalistlərə verdiyi açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Ermənistanın bütün məktəblərində 2-ci sinifdən rus dili, eləcə də istənilən digər xarici dillər (ingilis, fransız və ya alman) tədris olunur. Artıq bu ölkənin məktəbləri tədris üçün üçüncü xarici dili seçə biləcəklər. Əsas diqqət region ölkələrinin – Azərbaycan, Türkiyə, Gürcüstan və İranın dövlət dillərinə verilir.

 

Vahram Dumanyan qeyd edib ki, nazirlik Azərbaycan və türk dillərini yuxarı siniflərdə istəyə uyğun olaraq, gürcü və fars dillərini isə əsas dil kimi öyrənməyi təklif edib: “44 günlük müharibə zamanı əmin olduq ki, azərbaycanlılar erməni dilində yaxşı danışırlar. Onlar Azərbaycan məktəblərində erməni dilini oxuyub və öyrənməkdə davam edirlər".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.