İspaniya ordusu Saraqosada Ukrayna hərbçilərinə təlim keçəcək.
UNİAN-ın yazdığına görə, İspaniya Müdafiə Nazirliyi bununla Ukrayna qarşısında götürdüyü öhdəliklərdən birini yerinə yetirir.
Vurğulanır ki, ukraynalı gənclər təlimə hərbi xidmətə göndərilməzdən əvvəl qatılacaqlar.
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya da ukraynalılara təlim keçməyə başlayıb. Sentyabrın əvvəlinə olan məlumata görə, artıq 4,7 min nəfərə yaxın hərbçi səfərbərlik kursunu bitirib. Onlara piyadaların əsas bacarıqları, o cümlədən silahlardan istifadə, ilkin hərbi tibbi yardım, patrul texnikası və s. öyrədilib.