BMT Təhlükəsizlik Şurası (TŞ) Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək.
Bu barədə “Report”a BMT-nin Təhlükəsizlik Şurasının Siyasi Məsələlər Departamentindən bildirilib.
Hər iki ölkənin nümayəndəsinin iclasda iştirakı planlaşdırılır. İclasın bağlı qapılar arxasında keçirilməsi və TŞ-ə üzv dövlətlərdən gələn cavaba əsasən sentyabrın 14-də baş tutması planlaşdırılır.