Şahbuzda ağır qəza: 3 ÖLÜ, 9 YARALI...
VİDEO

Naxçıvanda Şahbuz rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Senzor.az bildirir ki, hadisə rayonun Gömür kəndi ərazisində qeydə alınıb. 

 

Dağlıq ərazidə hərəkətdə olan 68-BE-050 dövlət nömrə nişanlı "Toyata Prado" markalı avtomobilin aşması nəticəsində Şərur rayonu Oğlanqala kənd sakinləri -  1975-ci il təvəllüdlü Abdullayev Nazim Əyyub oğlu, onun qızı - 2017-ci il təvəllüdlü Abdullayeva Firuzə Nazim qızı və 2006-cı il təvəllüdlü Şıxəliyev Pərvin Vüsal oğlu həyatlarını itiriblər.

 

Qəza nəticəsində 2025-ci il təvəllüdlü Şıxəliyeva Validə Elvin qızı, 2025-ci il təvəllüdlü Abdullayev Rəhman Sərraf oğlu, 2004-cü il təvəllüdlü İsmayılova Nəzrin Nazim qızı, 2025-ci təvəllüdlü İsmayılov Uğur İslam oğlu, 1985-ci təvəllüdlü Abdullayev Sərraf Rəhim oğlu, 2010-cu il təvəllüdlü Abdullayeva Ceyran Sərraf qızı, 2016-cı il təvəllüdlü Şıxəliyeva Fatimə Vüsal qızı, 1983-cü il təvəllüdlü Abdullayeva Vüsalə İsax qızı və 2014-cü il təvəllüdlü Şıxəliyev Gündüz Elvin oğlu xəsarət alıblar.

 

Xəsarət alan və ölənlər polis əməkdaşları tərəfindən qəza zonasından çıxarılaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıblar. Onlardan iki nəfərin vəziyyətinin ağır olduğu bildirilir (Bax:https://www.youtube.com/shorts/zRi5hJjnczY).

 

Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.