Ermənistanda hərbi vəziyyət tətbiq oluna bilər.
“Media Max” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Hərbi vəziyyətin tətbiqi ilə bağlı layihə mənim masamın üstündədir. Biz Təhlükəsizlik Şurasında və digər formatlarda vəziyyəti və belə bir qərarın qəbulunun zəruriliyini mütəmadi olaraq qiymətləndiririk”, - deyə hökumət başçısı bildirib.