ABŞ-dakı ermənilərin Azərbaycan səfirliyi qarşısında aksiya keçirmək cəhdi alınmadı - FOTO

Sentyabrın 15-də ABŞ-dakı ifrat millətçi Amerika Ermənilərinin Milli Komitəsi, Erməni Gənclər Federasiyası və digər erməni təşkilatlarının üzvləri Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında “etiraz aksiyası” keçirməyə cəhd ediblər. Lakin...

 

Senzor.az bildirir ki, aksiya iştirakçıları səfirliyimiz tərəfindən Azərbaycanın Dövlət Himni, hərbi marşları və vətənpərvərlik mövzusunda musiqi nömrələri, erməni işğalı və vəhşiliyini nümayiş etdirən, habelə “Qarabağ Azərbaycandır!” şüarları əks olunmuş plakatlarla "qarşılanıb”. 

 

Səfirlik tərəfindən quraşdırılmış həyəcan siqnalı ermənilərin planlarını pozub. Belə ki, səsləndirdikləri əsassız şüarları özləri belə eştiməkdə çətinlik çəkiblər.

 

Ermənilər xislətlərinə uyğun olaraq, özləri ilə gətirdikləri və təhrif olunmuş məlumatların yazıldığı plakatlar və qondarma “bayraqlarla” səfirliyimizin fonunda şəkil çəkdirməyə çalışıblar. Lakin onlar bu istəklərinə də nail ola bilmədən, plakatlarını da qoyub ərazidən uzaqlaşmaq məcburiyyətində qalıblar.

 

Azərbaycan səfirliyinin qarşısında üçrəngli Dövlət Bayrağımız əzəmətlə dalğalanıb və Dövlət Himninin sədaları ucadan səsləndirilib. Aksiya zamanı səfirliyin ərazisinə müdaxilə olmayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.