Türkiyə Milli İstihbarat Təşkilatının yeni rəhbəri o oldu

Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri vəzifəsinə İbrahim Kalın təyin edilib.

 

Senzor.az bildirir ki, İ.Kalın bu vəzifəyə qədər Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini və Prezidentin baş müşaviri vəzifəsində çalışıb.

 

İbrahim Kalının tərcümeyi-halını təqdim edirik:

 

- İbrahim Kalın 1971-ci ildə İstanbulda dünyaya gəlib. 1992-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Tarix bölməsində bakalavr təhsilini tamamlayıb. Malayziyada İslam düşüncəsi və fəlsəfəsi üzrə magistr təhsilini başa vurub. O, 2002-ci ildə Corc Vaşinqton Universitetində “Molla Sədranın Bilik Nəzəriyyəsi və Anti-Subyektivist Epistemologiyanın Mümkünlüyü” adlı dissertasiya işi ilə humanitar elmlər və müqayisəli fəlsəfə üzrə doktorluq dərəcəsi alıb.

 

Türkiyə Diyanət Vəqfinin İslam Araşdırmaları Mərkəzində akademik araşdırmalar aparıb. O, Müqəddəs Xaç Kollecində, Corctaun Universitetində və Bilkənd Universitetində İslam düşüncəsi və İslam-Qərb münasibətləri mövzusunda mühazirələr oxuyub.

 

2005-2009-cu illərdə Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun qurucu sədri olub. 2007-ci ildə onun "İslam və Qərb" adlı kitabı nəşr olunub. Bu əsəri ilə Türkiyə Yazarlar Birliyinin İdeya Mükafatını qazanıb. Makmillan Fəlsəfə Ensiklopediyası, Din Ensiklopediyası və Oksford İslam Lüğəti kimi ensiklopediyalara töhfə verib. Onun 2014-cü ildə “Ağıl və fəzilət”, 2015-ci ildə “Varlıq və idrak”, “Mən, başqası və ondan kənar: İslam-Qərb münasibətləri tarixinə giriş” adlı kitabları 2016-cı ildə nəşr olunub.

 

2011-ci ildə Əhməd Yəsəvi Universitetinin “Qəyyumlar” şurasının üzvü təyin edilib. 2019-cu ildən İbn Haldun Universitetində İslam fəlsəfəsi sahəsində aspirantlara mühazirələr oxuyur. Kalın 29 may 2020-ci ildə professor adını alıb.

 

2009-cu ildə o, Baş nazirin xarici siyasətə cavabdeh olan baş müşaviri vəzifəsinə təyin edilib. 2010-cu ilin yanvarında yaradılan Baş Nazirlik İctimai Diplomatiya Koordinatorunun ilk koordinatoru olub. 2012-ci ildə Baş nazirlik müşaviri müavini vəzifəsini icra edib. Rəcəb Tayyib Ərdoğan prezident olduqdan sonra prezidentliyin baş katibinin müavini təyin edilib. 2014-cü ildə səfir titulu verilib və prezidentliyin sözçüsü təyin olunub. 2018-ci ildən Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini və Prezidentin baş müşaviri vəzifələrində də çalışıb.

 

Ailəlidir, 3 övladı var.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.