Bakıdan Tehrana həyata keçirilən uçuşların ləğv edilməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.
Senzor.az bildirir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən açıqlamada belə deyilir.
"İrana uçuşlar adi qaydada həyata keçirilir", - deyə aeroportdan bildiriblər.
Qeyd edək ki, bundan əvvəl bir sıra İran KİV-ləri, o cümlədən XİN-ə yaxınlığı ilə tanınan "Mizan" informasiya agentliyi Azərbaycandan İrana bütün aviareyslərin bu gündən ləğv edildiyi barədə məlumat yaymışdılar. Sonuncu hətta AZAL-ın bilet alan sərnişinlərə biletini qaytarmaq üçün müraciət etdiyini də bildirmişdi...