Ceyhun Bayramovdan İranda saxlanılan Fəridlə bağlı açıqlama
YENİLƏNİB

“Hələ yanvar ayında Azərbaycan XİN İrana səfərlərin məhdudlaşdırılması ilə bağlı xəbərdarlıq etmişdi. Tehranda səfirliyimiz fəaliyyətini dayandırdıqdan sonra Azərbaycanın İranda diplomatik təmsilçiliyi çox məhduddur”.


Senzor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.


Nazir diqqətə çatdırıb ki, hələ yanvar ayının sonunda Azərbaycan tərəfi səyahət xəbərdarlığı edib, xüsusi bir ehtiyac olmadığı təqdirdə vətəndaşlarımızın belə səyahətlərdən çəkinməsinə çağırış edilib:


“Bütün bunlara baxmayaraq, həmin hadisə - azərbaycanlı tələbənin (Fərid Səfərli-red.) İranda saxlanılması ilə bağlı məlumat daxil olduqdan dərhal sonra nazirlik tərəfindən İran XİN-ə nota təqdim olunub, eyni zamanda, bizim baş konsulluğumuz fəaliyyətə keçib. Həmin şəxsin taleyi ilə bağlı informasiyanın əldə olunması kifayət qədər uzun müddət çəkdi. Bir neçə həftə sonra biz İran tərəfindən rəsmi məlumat aldıq ki, həmin şəxs saxlanılıb, o, ittiham olunur və ona qarşı cinayət işi açılıb. İrandakı baş konsulluğumuzun əməkdaşları ilə tələbə arasında əlaqə var. Eyni zamanda, fiziki olaraq görüşün təşkili istiqamətində iş aparılır. Tələbənin ailə üzvləri ilə də mütəmadi əlaqə saxlanılır, məsələ nəzarətimizdədir”.


Xatırladaq ki, tələbə F. Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.

**13:32


“Azərbaycan öz sülh gündəminə sadiqdir, ölkəmiz beynəlxalq norma və prinsiplər nəzərə alınmaqla milli maraqlara əsaslanan siyasətini davam etdirir”.


Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.


XİN rəhbəri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair danışıqlardan bəhs edərək Vaşinqtonda aparılan danışıqlarda bəzi praktiki müsbət nəticələrin əldə olunduğunu qeyd edib: “Burada razılaşdırılmış maddələrin sayı artıb”.


“Bu ilin mayında Vaşinqtonda beynəlxalq vasitəçilərin birbaşa iştirakı ilə görüş keçirilib. İki ölkənin müvafiq nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Daha sonra bu proses ölkələrin liderləri səviyyəsində davam etdirilib, may ayı ərzində bir sıra görüşlər keçirilib. Moskvada da Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə danışıqlar da aparılıb. Yaxın vaxtlarda Vaşinqtonda növbəti görüşün keçirilməsi nəzərdə tutulub. Bilirsiniz ki, sülh sazişi üzrə danışıqlara başlanılmasının təşəbbüskarı Azərbaycandır. Baza prinsiplərini də məhz Azərbaycan elan edib və ilk sülh layihəsi də Azərbaycan tərəfindən təqdim olunub. Biz beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sülhün əldə olunmasının qaçılmaz olduğunu hesab edirik. Sülh müqaviləsi və dövlətlərarası münasibətlərin normallaşdırılması haqqında saziş hazırlanmalı və imzalanmalıdır. Bu prosesin nə qədər zaman çəkəcəyini proqnozlaşdırmaq çətindir”, - o vurğulayıb.

**11:59

Vaşinqton danışıqlarının bəlli bir praktiki müsbət nəticələri oldu. Burada razılaşdırılmış maddələrin sayı artıb.


Bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bildirib.


“Ancaq hələ də açıq qalan məsələlər var, tərəflər arasında tam razılıq əldə olunmayan məqamlar var. Ona görə də bu proses davam edəcək”, - nazir qeyd edib.

**11:09

"44 günlük Vətən müharibəsindən sonra regionda yeni reallıq yaranıb".


Bunu ADA universitetində diplomatlar üçün “Xarici Siyasət Proqramı”nın bağlanış mərasimində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.


"Lakin Ermənistan və onun havadarları yeni reallığı qəbul etmir, müxtəlif fikirlər səsləndirir, təxribatla məşğul olurlar", - nazir sözlərinə əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.