Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu gün Azərbaycana səfərə gələcək.
Senzor.az bildirir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Hazırda xüsusi nümayəndə Klaar İrəvanda səfərdədir.
Toivo Klaar regionda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülhün bərqərar olması ilə bağlı müzakirələri davam etdirəcək.
**22:27(05.06.2023)
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək.
Senzor.az bildirir ki, bu barədə Aİ-nin xüsusi nümayəndəsinin ofisindən məlumat verilib.
“Aİ-nin xüsusi nümayəndəsi Klaarın bu həftə ərzində həm Ermənistana, həm də Azərbaycana səfərləri gözlənilir. Bakı səfəri üçün hələlik dəqiq tarix təsdiqlənməyib, lakin bu səfər İrəvan səfərindən sonra həftə ərzində baş tutacaq”, - məlumatda bildirilib.
Qeyd edək ki, bir az əvvəl Klaar “Tvitter” hesabında Ermənistana yola düşdüyü barədə məlumat paylaşıb: "Mən Aİ ilə yüksək səviyyəli təmasların davam etdirilməsi ilə əlaqədar İrəvana uçuram".