İyunun 8-i səhər saatlarında İran Prezidenti İbrahim Rəisi Təbriz hava limanına enib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İran Prezidentini hökumət nümayəndə heyətinin bir neçə üzvü müşayiət edib.
Rəisini Şərqi Azərbaycan valisi Zeynəlabdin Rəzəvi Xürrəm və Xameneinin əyalətdəki nümayəndəsi Seyid Məhəmmədəli Al Haşim qarşılayıblar.
O, səfər çərçivəsində azərbaycanlı iş adamları ilə görüşəcək. Eyni zamanda, uzun illərdir yarımçıq qalan çoxsaylı layihələrin bir neçəsinin açılışında iştirak edəcəyi planlaşdırılıb.
Qeyd edək ki, bu, prezident seçildikdən sonra Rəisinin Təbrizə ikinci gəlişidir.