Azərbaycan İtaliyadan hərbi nəqliyyat təyyarələri alır.
Bu barədə “marketscreener.com" saytı məlumat yayıb.
Qeyd olunur ki, Azərbaycan Müdafiə Nazirliyi C-27J Spartan təyyarəsinin tədarükünə dair İtaliya tərəfi ilə artıq kontrakt imzalayıb. Alınacaq təyyarələrin sayı barədə dəqiq məlumat verilməyib.
C-27J Spartan təyyarələri “Leonardo” kompaniyasının istehsalıdır və mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində müdafiə və mülki müdafiə missiyalarını yerinə yetirərkən özünü beynəlxalq təcrübədə doğruldub. Təyyarə 60 əsgər və ya 45 xüsusi təyinatlı əsgər və ya 36 yaralı daşıya bilir.
Qeyd edək ki, “Leonardo” şirkətinin istehsalı olan təyyarənin 1 ədədinin qiyməti 65-70 milyon dollar arasıdadır.