Rəcəb Tayyib Ərdoğan Türkiyə Prezidenti seçildikdən sonra ilk səfərlərini iki ölkəyə edəcək.
Senzor.az xəbər verir ki, dövlət başçısı iyunun 12-də Şimali Kipr Türk Respublikasına, iyunun 13-də isə Azərbaycana səfər edəcək.
O, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlər keçirəcək.